İranda məhkəmə Babək Zəncani haqda ölüm hökmü dəyişib
26.11.2016 700 0.0 0

İran Ali Məhkəməsi milyarder Babək Zəncani barəsində edam hökmünü ləğv edib.

 

Məlumata görə, bu barədə İSNA agentliyi xəbər yayıb.

 

B. Zəncani neft satışı ilə bağlı korrupsiya fəaliyyətinə görə həbs edilib. Bu ilin martında məhkəmə onun barəsində ölüm hökmü çıxarıb. Sonra onun vəkili qərarla bağlı Ali Məhkəməyə etiraz edib.

 

Xatırladaq ki, 2012-ci ildə Tehrana qarşı sanksiyaları pozduğu üçün B. Zəncaninin adı da sanksiya siyahısına daxil edilib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar