İRANA GÖRƏ OBAMA VƏ KONGRES ARASINDA GƏRGİNLİK BAŞLAYIR
19.01.2015 779 0.0 0

 İlin əvvəlində yeni Konqres ilə Obama arasındakı ilk "duel" İran məsələsiylə başlayıb.

 

ABŞ-da keçən Noyabr ayındakı seçkilərdə Respublikaçıların Konqresin hər iki qanadında da əksəriyyəti ələ keçirməsindən sonra , xarici siyasətdə Obama idarəçiliyi ilə Kongres arasında yaşanması gözlənilən ixtilaflardan ilki, "gözlənildiyi kimi" İranın nüvə fəaliyyətləri üzərində baş verir.

İsveçrənin Cenevrə şəhərində keçirilən İran ilə P5 + 1 arasında nüvə müzakirələrinin son turunda da nəzərə çarpacaq  irəliləmə təmin edilə bilmədi. Nüvə müzakirələrdə hər hansı bir razılaşmaya çatmaq üçün təqvimin gedərək daralması, İrana qarşı daha sərt siyasət yürüdən Konqresdəki Respublikaçılar yeni sanksiya qanunları gündəmə gətirməyə çalışsalar da, Konqresə ardıcıl  olaraq "səbirli olun" mesajı verən prezident Barak Obama üzərindəki təzyiqlər də artırır .

 

Obama rəhbərliyi, əvvəlki qanunvericilik-ci ildə Demokratların çoxluq təşkil etdiyi  Senata sanksiya layihəsini gətirməyi əngələməyi bacarmışdı, ancaq bu səfər işi daha çətin görünür.

 

Obamanın yenə "gözləyin" xəbərdarlıqlarına baxmayaraq, Respublikaçı senatorlar Lindsey Graham və Mark Kirk ilə Demokrat senator Bob Menendez kimi adların başda hallandığı bir neçə senator, İrana qarşı yeni sanksiya layihəsini yaxın bir gələcəkdə Konqresə təqdim etmək üçün hazırlaşır. Respublikaçıların yeni Konqresdə əksəriyyəti təşkil etməsi  səbəbiylə də layihənin bu səfər gündəmə alınmasına mümkün ola biləcəyi hesab olunur.

 

Bu səbəbdən Konqresdəki Respublikaçılar, xarici siyasətdə Obama rəhbərliyinə qarşı  İran mövzusunda təsir etməyə başladığı srada , sanksiyalar mövzusundakı səlahiyyətli komitə olan Senat Bankçılıq Komitəsi də bu həftə İranın nüvə fəaliyyətləri ilə əlaqədar  iclas təşkil edərək, yeni sanksiya layihəsi "düelində" ilk addımı atmağı planlayır.

 

 

Obama cəbhəsi isə, Konqresin yeni bir sanksiya layihəsini müzakirələr bitənə qədər gündəmə almaması lazım olmadığında  israrlı görünür. ABŞ prezidenti Obama, keçən cümə İngiltərə Baş naziri David Cameron ilə Ağ Evdə təşkil etdiyi ortaq mətbuat konfransında, Konqresə bəlkə də bu günə qədərki ən sərt xəbərdarlıqlarını edərək, lazım olsa veto kartını belə önə sürməkdən çəkinməyəcəyini dəqiq ifadələrlə vurğulamışdı.

Xatırladaq ki Obama bunu, müzakirələr davam edərkən yeni sanksiya tətbiq olunmasını, İran mövzusunda beynəlxalq ictimaiyyətdə təmin olunmuş birliyi pozacağı kimi, diplomatik yolla həll ümidlərinə də zərər verəcəyi ilə əsaslandırmışdı.

 

Əlavə olaraq qeyd edək ki, İran hökuməti başçısı Ruhani, İrana tətbiq olunan beynəlxalq və ABŞ-ın tək tərəfli sanksiyalar tətbiq etməsinə münasibət bildirmişdi.

ABŞ-ın sanksiya siyasətinə münasibət bildirən Ruhani “əvvəl İrana qarşı embarqolar mövzusunda zalımca addım atanlar bu gün yenidən embarqo cəhdi  edə bilər ancaq mən buradan sonra təhdid və embarqo dövrünün sona çatdığını elan edirəm.Əgər 5 + 1 və digər müzakirəçilərdən, İran qarşısında məntiqə uyğun və sürətli bir şəkildə yol almazlarsa, özlərinin zərər görəcəklərini bilməlidirlər. " deyə vurğulamışdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar