İran XİN: Rusiya, İran və Türkiyənin Suriya məsələsində mövqelərinin yaxınlaşması üçün zəmin var
15.09.2016 564 0.0 0

"Türkiyənin Suriyada apardığı istənilən əməliyyat beynəlxalq normalara uyğun olmalı və Suriya rəhbərliyi ilə koordinasiyalı şəkildə icra edilməlidir".
 
"RİA Novosti"yə istinadən verilən məlumata görə, bu sözləri Moskvada keçirdiyi mətbuat konfransında İran xarici işlər nazirinin müavini Hüseyn Caber Ənsari deyib. O bildirib ki, Türkiyənin öz sərhədlərindən kənarda apardığı istənilən əməliyyat və tədbir əməliyyatın aparıldığı ərazidəki  mərkəzi hökumətlə razılaşdırılmalıdır.
 
H. C. Ənsari əlavə edib ki, Rusiya, İran və Türkiyənin Suriya məsələsinin həllində mövqelərinin yaxınlaşması üçün zəmin mövcuddur: “Bu baxımdan biz daha çox qarşılıqlı anlaşma, bir-birilərinin mövqelərini anlama və bu böhrandan çıxış üçün birgə səyin ortaya qoyulması istiqamətində işləyirik”.
 
Nazir müavini qeyd edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli ola bilməz./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar