İran Türkiyəyə sərt etirazını bildirib
21.10.2016 736 0.0 0

Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Qazeta.info APA-ya istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Məlumatda bildirilir ki, bölgədəki bəzi hadisələrlə bağlı Türkiyənin bəzi dövlət adamlarının açıqlamaları ilə əlaqədar İran hökumətinin sərt etirazı səfirin diqqətinə çatdırılıb.  
 
Qeyd edək ki, İranın etirazının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqda baş verənlərlə bağlı açıqlamaları ilə əlaqədar olduğu güman edilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar