İran rəsmilərinin avtomobil atəşə tutulub, ölənlər var
10.07.2016 670 0.0 0

 İran parlamentinin  Qərbi İslamabad və Dalaho bölgəsindən  olan nümayəndəsi  Hişmətullah Fələhətpişənin avtomobilinə silahlı şəxslər atəş açıb.

Məlumata görə,  H.Fəlahətpişə Kirmanşah əyalətinin Ricab bölgəsinə səfəri zamanı silahlı hücuma məruz qalıb.


Məlumata görə, “Pejo”  markalı  avtomobildə olan silahlı şəxslər odlu silahla avtomobil karvanını atəşə tutub. Hadisədə Dalaho şəhər bələdiyyəsinin sədrinin sürücüsü və Qərbi İslamabad şəhərinin  baytarlıq idarəsinin rəisi həyatını itirib.


Dalaho şəhər  bələdiyyəsinin sədri Fəramərz Əkbəri və Kirmanşah əyalətinin balıqçılıq  təşkilatının sədri Fərzad Əfzəli isə yaralanıb. H.Fəlahətpişə  xəsarət almayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar