Tarix: 04.12.2016,   Saat: 16:14, Bazar.          

İran prezidenti sabah Vyetnama səfər edəcək

 İran prezidenti Həsən Ruhani Vyetnam prezidentinin dəvəti ilə sentyabrın 5-də  Hanoya səfər edəcək.
 
Məlumata görə, səfər zamanı iki ölkənin prezidentləri Həsən Ruhani və Çan Dai Quangın iştirakı ilə keçiriləcək geniş tərkibli görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə ediləcək.
 
İkigünlük səfər çərçivəsində İran və Vyetnam arasında bir neçə əməkdaşlıq sənədinin imzalanacağı gözlənilir. Prezident Ruhanini Vyetnama səfərdə İranın özəl sektorunu təmsil edən  böyük nümayəndə heyəti müşayiət edir.
 
Qeyd edək ki, Vyetnam prezidenti 14 mart 2016-cı ildə  prezident Ruhaninin dəvəti ilə İranda səfərdə olub.
 
İki ölkənin ticarət dövriyyəsi 2015-ci ildə 107 milyon dollar təşkil edib./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 129 | Tarix: 05.10.2016, 00:29


Xəbərlər