İran Prezidenti Səudiyyə Ərəbistanı kralına əməkdaşlıq təklif edib
04.11.2019 452 0.0 0

İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səuda əməkdaşlıq təklif edib.

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İran hökumətinin sözçüsü Əli Rəbii bildirib.

O deyib ki, bununla bağlı İran Prezidenti Səudiyyə Ərəbistanı kralına məktub ünvanlayıb.

Ə. Rəbii qeyd edib ki, məktub regional təhlükəsizlik sahəsində əməkdaşlıq, sülh və sabitliyə həsr olunub.

“Biz düşünürük ki, bölgədə müxtəlif iki tərəfli əlaqələr formalaşa bilər. ABŞ-ın təzyiqləri qonşu ölkələr arasında ayrılıq yaratmamalıdır”, - deyə Ə. Rəbii vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar