İran prezidenti Fransaya dəvət edildi
29.07.2015 791 0.0 0

Fransa prezidenti Fransua Oland iranlı həmkarı Həsən Ruhanini noyabr ayında Fransaya səfərə dəvət edib.

Bu barədə Fransanın xarici işlər naziri Loran Fabiusun iyulun 29-da Tehranda İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zəriflə görüşündən sonra məlumat verilib.

 

Görüş zamanı Fransa XİN-in başçısı Fransua Ollandın dəvət məktubunu öz iranlı həmkarına çatdırıb.

Qeyd edək ki, bu gün Fransa diplomatiyasının rəhbəri 12 il ərzində İrana ilk səfərini edib. 

 


Fransanın xarici işlər naziri Loran Fabius və İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə Tehranda görüş keçirib


Xatırladaq ki, İran və "altılıq" ölkələrinin nümayəndələri 14 iyulda uzun illər ərzində davam edən danışıqlardan sonra İran atomuna dair tarixi razılaşma əldə ediblər. 

Danışıqların nəticəsinə əsasən qəbul edilmiş geniş əhatəli planın İran tərəfindən yerinə yetirilməsi müqabilində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən İslam Respublikasına qarşı tətbiq edilmiş maliyyə və iqtisadi sanksiyalar tamamilə aradan qaldırılmalıdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar