İran prezidenti Avropa ölkələrini ABŞ-a təzyiq göstərməyə çağırıb
16.09.2017 600 0.0 0

"Avropalılar amerikalılara ciddi mesaj verməlidirlər".

 

Tehran bürosunun məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Nyu-York səfərindən öncə jurnalistlərə açıqlamasında deyib.

 

BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün sabah Nyu-Yorka yollanacaq H. Ruhani Avropa ölkələrini İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı ABŞ-a xəbərdarlıq etməyə çağırıb.

 

H. Ruhani bu gün Belçika parlamentinin spikeri ilə görüşdə də bu məsələyə toxunub. O, ABŞ-ın HBFP üzrə öhdəliklərini pozduğunu deyib: "Avropa İttifaqından istəyirik ki,  HBFP ilə bağlı öhdəliyini tam yerinə yetirsin və ABŞ-a bu planla bağlı öhdəliyini yerinə yetirmək üçün təzyiq göstərsin".

 

H. Ruhani tərəflərin üzərinə götürdükləri öhdəliyin icrasının zəruriliyini vurğulayıb. O həmçinin qeyd edib ki, Tehran Avropa İttifaqı ölkələri ilı əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar