İRAN PARLAMENTİ NÜVƏ PROQRAMININ SÜRƏTLƏNDİRİLMƏSİNİ GÜNDƏMƏ GƏTİRDİ
03.02.2015 1031 0.0 0

İran Parlamenti, nüvə proqramı sürətləndirməyi nəzərdə tutan qanun layihəsinin təklifini qəbul edib.
Türkiyə mətbuatının bildirdiyinə görə, Məclis səsvermə ilə qəbul edilən təklifə  205 vəkildən 173-ü lehinə səs verib.
Məclisdən sonuncu oxunuşdan sonra qüvvəyə minəcək layihə ABŞ-ın yeni sanksiyalar tətbiq etdiyi halda, Cenevrədə imzalanan Birgə Tədbirlər Planını ləğv etməyə məcbur qalacaq və İranın nüvə proqramı razılaşmasından əvvəlki mövqeyinə geri dönəcək.
Xatırladaq ki, İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə Almaniya (5 + 1) arasında 24 noyabr 2013 İsveçrənin Cenevrə şəhərində müvəqqəti nüvə razılaşma imzalayıb. Müqaviləyə görə nüvə proqramı səbəbindən İrana tətbiq olunan sanksiyalar yüngülləşdirilmiş və buna qarşı da İran, nüvə proqramını müəyyən çərçivəyə salınaraq, uran zənginləşdirmə fəaliyyətlərinin bir hissəsini dayandırılmışdı.
Əlavə olaraq bildirək ki, ABŞ Senatı Bankçılıq Komitəsi, İrana yeni sanksiyalar tətbiq olunmasını nəzərdə tutan layihəni bu ilin 29 Yanvarında təsdiqləyib. Qanuna görə, Tehran rəhbərliyi ilə 5 + 1 arasında İranın nüvə proqramı ilə əlaqəli müzakirələrin sona çatacağı 30 İyuna qədər "İranın razılığa gəlməsə"  bu ölkəyə yeni iqtisadi sanksiyalar tətbiq olunacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar