İRAN GENERALINDAN SƏRT BƏYANAT
20.01.2015 784 0.0 0

İran İnqilab Keşikçilərinin komandiri Muhəmməd Əli Cəfəri İsraili hədələyib.

Məlumata görə, Əli Cəfəri İsrailin Suriyada həyata keçirdiyi əməliyyatda öldürülən 6 Hizbullah üzvü ilə birlikdə həyatını itirən İranlı general Məhəmməd Əli Allahhadi üçün verdiyi başsağlığında İnqilab Keşikçilərinin bölgədə qalacağı mesajını verib: 

"İnqilab Keşikçiləri keçmişdə Livan və Fələstin müharibələrində olduğu kimi, fəsad mikrobu olan sionist rejim yıxılana və bölgədən tamamilə yox olana qədər o torpaqlarda mübarizə edən müsəlmanlara dəstəyini davam etdirəcək. Keçmişdə hirsimizə şahid olan sionistlər dağıdıcı ildırımı gözləsinlər".

Qeyd edək ki, İsrailin, Suriya-İsrail sərhədindəki Kuneytra şəhərində Hizbullaha məxsus avtomobilə endirdiyi hava hücumunda təşkilatın yüksək səviyyəli komandirlərindən Məhəmməd İsa və sabiq Hizbullah komandirlərindən İmad Muğniyənin oğlu Cihad Muğniyən daxil olmaqla 6 təşkilat üzvü öldürülmüşdü.//
ANS PRESS

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar