İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
02.12.2021 151 0.0 0

İranın sərhəd qoşunları və "Taliban" arasında iki ölkə sərhədində silahlı toqquşmalar baş verib.

"Tasnim" agentilyinə istinadən verilən məlumata görə, silahlı toqquşmalara səbəb sərhəddə anlaşılmamazlığın baş verməsi olub.

Belə ki, son illər ərzində İran narkotrafikin qarşısını almaq məqsədilə Əfqanıstanla sərhəddən bir qədər aralıda divarlar ucaldıb. Bir neçə iranlı fermerin bu divarları aşmasından sonra "Taliban" üzvləri bu hərəkəti ölkə sərhədinin pozulması kimi dəyərləndiriblər və fermerlərə atış açıblar.

Buna cavab olaraq İranın sərhəd qoşunları da "Taliban" istiqamətində atəş açıb. Hazırda atışma dayanıb.

İran tərəfinin açılamasına əsasən, iranlı fermerlər divarı aşsalar da ölkə sərhədləri daxilində qalıblar və Əfqanıstan ərazisinə keçməyiblər.

Eyni zamanda İran tərəfinin toqquşmalar zamanı bir neçə nəzarət-buraxılış məntəqəsi üzərində nəzarəti itirməsi barədə xəbərlər də rəsmi şəxslər tərəfindən təkzib edilib./Trend/


Loading...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar