İRAN DOLLARDAN İMTİNA ETDİ
24.01.2015 806 0.0 0

İran hökuməti ABŞ dollarından imtina edib.

Qazeta.info-nun məlumatına görə, bu barədə İran Mərkəzi Bankının sədrinin müavini Qulaməli Kamyab İran mətbuatına verdiyi açıqlamasında bildirib.

O, qeyd edib ki, İran xarici ölkələrlə hesablaşmalarda ABŞ dollarından imtina edib.

"İran xarici ölkələrlə ticarət mübadiləsində ABŞ dolları ilə deyil, Çin yuanı, avro, türk lirəsi və rus rublundan istifadə edir", - deyə Mərkəzi Bank sədr müavini bildirib.

Onun sözlərinə görə, İran rahat və iqtisadi baxımdan sərfəli ticarət mübadiləsini həyata keçirmək üçün bir sıra ölkələrlə ikitərəfli müqavilələr bağlamağı nəzərdən keçirir.Q.Kamyab bildirib ki, bununla əlaqədar yaxın günlərdə danışıqlar başlayacaq.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar