İran Con Kerrinin cavabını verdi
25.07.2015 597 0.0 0

ABŞ dövlət katibi Con Kerrinin senatda İran atomuna dair dinləmələr zamanı qaldırdığı bir sıra məsələlərin nüvə sövdələşməsinə heç bir aidiyyatı yoxdur. Məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın Mehr agentliyinə açıqlamasında belə deyib.

Kerrinin sözlərinə görə, "İranın Yaxın Şərqdə dini zorakılığı dəstəkləməsi qəbuledilməzdir".

"Cənab Kerrinin İran və onun regional müttəfiqləri tərəfindən ekstremizm və İŞİD yaraqlılarına qarşı apardığı mübarizəyə dair qaldırdığı bir sıra məsələlərin nüvə sazişinə heç bir aidiyyatı yoxdur", — deyə agentlik nazirdən sitat gətirir.

 


ABŞ dövlət katibi Con Kerri Konqressdə dinləmələr zamanı


Dinləmələr zamanı Con Kerri həmçinin bildirib ki, ABŞ-n İrana qarşı tətbiq etdiyi sanksiyalar İranın danışıqlar prosesinə cəlb edilməsində həlledici rol oynayıb . Zərifin fikrincə isə, İran xalqının beynəlxalq təzyiqlərə qarşı nümayiş etdirdiyi dayanıqlıq ABŞ-ı qarşıdurmadan əl çəkməyə və danışıqlar masası arxasına oturmağa vadar edib.

 


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif


Xatırladaq ki, İran və "altılıq" ölkələrinin nümayəndələri 14 iyulda uzun illər ərzində davam edən danışıqlardan sonra İran atomuna dair tarixi razılaşma əldə ediblər. Danışıqların nəticəsinə əsasən qəbul edilmiş genişəhatəli planın İran tərəfindən yerinə yetirilməsi müqabilində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən İslam Respublikasına qarşı tətbiq edilmiş maliyyə və iqtisadi sanksiyalar tamamilə aradan qaldırılmalıdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar