İran ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırır
31.01.2017 536 0.0 0

“İran ABŞ vətəndaşlarına vizaların verilməsi prosesini dayandıracaq”.

“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif  fransalı həmkarı Jan-Mark Eyro ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Bununla belə, İran XİN rəhbəri istisnaların olacağını da bildirib: “Əgər istisnalar olsa, onlar XİN tərəfindən araşdırılacaq və müvafiq qərarlar qəbul  ediləcək”.

Tehranın müvafiq qərarı ABŞ prezidenti Donald Trampın imzaladığı fərmana cavab kimi dəyərləndirilir. Həmin fərmana əsasən, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ABŞ-a girişi 90 gün müddətinə dayandırılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar