İran ABŞ-ın kəşfiyyat aparatını vurub
20.06.2019 754 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

İran ölkənin cənubunda yerləşən Hormozqan əyalətində Amerikaya məxsus pilotsuz uçan aparat vurub.

TASS-a istinadən xəbər verilir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatına istinadən Press TV məlumat yayıb.

Cümə axşamı səhər dərc olunan bəyanatda bildirilir ki, Amerikanın İranın hava sərhədlərini pozan "Global Hawk" pilotsuz aparatı İİKK hərbi-hava qüvvələri tərəfindən Hormozqan əyalətinin Kuxe Mübarək rayonu üzərində vurulub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar