İran ABŞ-ı Yaxın Şərqi tərk etməyə çağırıb
13.05.2019 484 0.0 0

İranın Hərbi-Dəniz Qüvvələrlərinin komandanı, kontr-admiral Hüseyn Xanzadi bildirib ki, ABŞ Yaxın Şərqi tərk etməlidir.

Bu barədə "Report" ISNA-ya istinadən xəbər verir.

"ABŞ Fars körfəzinə təyyarədaşıyan gəmisinin göndərilməsi haqqında danışıqlarla müharibə ehtimalını artırmağa çalışır", - deyə Xanzadi bildirib.

Onun sözlərinə görə, Vaşinqton bu regionu tərk etməyə məcbur edilib.

Xanzadi həmçinin əlavə edib ki, ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunun sonu yaxınlaşıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar