İrəvanın mərkəzində etiraz aksiyası səhərədək davam edib - FOTO
22.08.2015 590 0.0 0

 “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları İrəvanın mərkəzindəki Respublika meydanında ötən gün axşam saatlarından başlayan etiraz aksiyasını səhərədək davam etdirmək niyyətindədirlər .

 News.am-a istinadən verilən xəbərə görə, bu barədə aksiya zamanı hərəkat şurasının üzvü David Ovanisyan bildirib.
 
“Biz qanunsuzluğa yol vermiş polisləri gərginlikdə saxlayacağıq”, deyə o qeyd edib.   
 
Məlumata görə,  “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları növbəti aksiyanı eyni məkanda sentyabrın 4-də keçirməyi qərara alıblar.
 
Məlumata görə, vəziyyət meydanda gərgin olaraq qalmaqdadır, fəallar və polis arasında mübahisə və toqquşmalar davam edir. 
 
 Xatırladaq ki, iyulun 27-dən İrəvanın mərkəzindəki Respublika meydanında oturaq etiraz aksiyası keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb edirlər./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar