İrəvanı şoka salacaq xəbər
15.05.2015 884 0.0 0

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il üçün Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqlayıb.

Məlumata görə, AYİB-in ötən gün dərc edilmiş hesabatında bildirilir ki, 2015-ci ildə Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 1,5% azalacaq. Bankın proqnozu ermənilər üçün heç də gözlənilməz olmayıb. Belə ki, 2014-cü ildə Ermənistanın iqtisadi artımı irəliyə yox, geriyə gedib. Gələn il isə 1% geriləmə gözlənilir.

Rusiyada iqtisadi enişə görə, MDB üzrə proqnozlar bütovlükdə çox da optimist deyil. Belə ki, Ukraynada ÜDM-in düşməsi 7,5% gözlənilir. Bu, ölkənin cənub-şərqindəki qeyri-sabit vəziyyətə görədir. Qrivnanın qiymətdən düşməsi, enerjinin bahalaşmasına və kredit verilişinin ixtisarına səbəb olub.

AYİB-in Rusiya ilə bağlı proqnozu optimist deyil, ÜDM-in azalması 4,5% olacaq. Gürcüstanda 2,3% artım müşahidə olunacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatında Azərbaycanın inkişafı təqdir olunmaqla yanaşı, indiki və gələcək proqnozların daha yaxşı olacağını göstərir. Bu il üçün isə ölkəmizdə ÜDM artımının 1,5% qeydə alınacağı gözlənilir.

AYİB-in proqnozuna əsasən, Türkiyədə 2015 və 2016-cı illərdə ÜDM 3% artacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar