İrəvanda əsgər valideynləri küçələrə çıxdı - `SARKİSYANIN BAŞI KƏSİLMƏLİDİR!`- VİDEO
05.04.2018 3675 0.0 0

İrəvanın mərkəzində qoşunların təmas xəttində ermənilərin silahlı təxribatları zamanı ölən hərbi qulluqçuların valideynləri etiraz aksiyası keçirib.

 

APA TV-nin məlumatına görə, aksiya iştirakçıları Sarkisyan hakimiyyətinin istefası, siyasi rejimin dəyişməsi, habelə orduda ölüm hallarının dayandırılmasını tələb ediblər: "Ordudakı bütün ölümlərin günahkarı Serj Sarkisyandır. O və onun kriminal sürüsü hakimiyyətdən getməyincə, heç nə dəyişməyəcək".

 

Digər bir etirazçı isə daha kəskin danışıb. O deyib ki, Serj Sarkisyanın başı kəsilməli, hakimiyyətdə olan digər məmurlar da müxtəlif üsullarla edam edilməlidir: "Orduda hərc-mərclik hökm sürür. Serj Sarkisyan da daxil olmaqla, bütün məmurların kökü kəsilməli, hər biri meydana gətirilməli və üzərinə kimyəvi turşu tökülərək yandırılmalıdır. Bəlkə ondan sonra nəsə dəyişdi. Bu oliqarxlar yaşadıqca, gələcəyə ümid yoxdur".

 

Etirazçılar həmçinin prezidentin irəli sürdüyü hərbi proqramlara da güvənmədiklərini bildirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar