İrəvanda sərnişin avtobusunda partlayış baş verib
25.04.2016 635 0.0 0

 Ermənistanın paytaxtı İrəvan şəhərində axşam saatlarında sərnişin avtobusunda partlayış baş verib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Ermənistan FHN-nin  mətbuat xidməti məlumat yayıb.  

 

İnsident barədə məlumat 21.51-də (Bakı vaxtı ilə eynidir) daxil olub.  Avtobusun Alabyan küçəsində partladığı bildirilir.

 

Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar