İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var
03.05.2022 381 0.0 0

Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirilir.

“Sputnik Armenia”ya istinadən xəbər verilir ki, müxalifət lideri İşxan Saqatelyanın rəhbərlik etdiyi “Müqavimət” hərəkayının üzvləri şəhərdə yürüş keçirirlər. Onlar avtomobillərin hərəkətinə əngəl yaradırlar.

Etirazçılar “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.

Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb. 

Məlumata görə, indiyədək ölkədə “Vətən” partiyasının 30-a yaxın üzvü saxlanılıb. Onların arasında partiyanın idarə heyətinin üzvləri də var.

Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar