İrəvanda böyük «panika»
06.04.2015 875 0.0 0

Ermənistan böyük “Avrasiya pankası” dövrünə daxil oldu. 

Məlumata görə, bu barədə erməni şərhçi Akop Badalyan Ermənistanın Avrasiya İttifaqına girməsi ilə bağlı bu gün yazdığı məqaləsində bildirir. 

Şərhçinin sözlərinə görə, Serj Sarkisyan hakimiyyətinin bu ilin əvvəlindən Ermənistanı sürüklədiyi Avrasiya fəlakətinin sonucları artıq özünü göstərir. 

“170 milyonluq bazar və daha yüksək təhlükəsizlik barədə mif bir neçə ay ərzində dağıldı və bunun sonu görünmür”,- deyə şərhçi vurğulayır. 

Onun sözlərinə görə, müstəmləkə səviyyəsinə endirilmiş Ermənistanın iş adamlarına üçüncü ölkələrlə birbaşa əlaqələr qurmaq qadağan edilir: “İnhisarçıların və oliqarxların parçaladığı Ermənistan biznesinə texniki baxımdan Avrasiya İttifaqı tərəfindən böyük maneəçilər yaradılıb”. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar