İrəvanda `çay pulu` Azərbaycan qəpiyi ilə ödənildi - Qəribə adam
26.02.2018 1562 0.0 0

Ermənistanın paytaxtı İrəvanda kafelərdən birində qəribə hadisə baş verib.

Teleqraf.com “Hraparak” qəzetinə istinadla xəbər verir ki, özünü amerikalı kimi təqdim edən müştəri ofisianta Azərbaycan məzənnəsi ilə “çay pulu” verib. Pivə içən turist ona qulluq edən ofisianta hesabdan əlavə 5 qəpik verərək kafeni tərk edib.

Ofisiant pulun Azərbaycan qəpiyi olduğunu öyrənəndən sonra müştərinin əyləşdiyi masaya yaxınlaşıb və onun üzərində latınca yazılan siqaret qutusunu unutduğunu görüb. Ofisiant bir neçə gündür kafeyə gələn və həmişə eyni masada əyləşərək kağız üzərində latınca qeydlər aparan müştəridən haralı və hansı peşənin sahibi olduğunu soruşduğunu bildirib. Onun sözlərinə görə, müştəri isə cavabında amerikalı müəllim olduğunu deyib.

Kafedə çalışanlar müştərinin 5 qəpik verdiyini biləndən sonra onun fotoşəklini çəksələr də, sözügedən şəxsin üzü fotokameraya düşməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar