Tarix: 10.12.2016,   Saat: 08:58, Şənbə.          

İqtisadiyyat naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Sentyabrın 23-də İqtisadiyyat naziri Şahin Mustafayev Şəmkirdə Tovuz, Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.
 
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) keçiriləcək.
 
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
 
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.



  Bölmə: Gündəm | Baxış sayı: 160 | Tarix: 22.09.2016, 11:25


Xəbərlər