İnvestorların şübhələri nefti ucuzlaşdırır, Brent 54,5 dollara satılır
06.12.2016 608 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,50 dollar azalaraq 51,29 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar azalaraq 54,53 dollar olub.

 

Ötən gün 16 yalıq maksimumu yeniləyərək 55 dollara çatan neftin qiyməti bu gün azalma dinamikası nümayiş etdirir. Belə ki, bazar iştirakçıları neftin bahalaşmasının əsaslı olduğuna şübhə ilə yanaşır. OPEC üzvləri tərəfindən neftin hasilatının azaldılması ilə bağlı əldə olunan razılıq bazarda müsbət ab-havanı qorumaqdadır. Razılıq əldə olunduqdan sonra Brent markalı neftin qiyməti 19% bahalaşıb. Böyük ehtimalla, bu təşəbbüsü kartelə daxil olmayan neft istehsalçıları da dəstəkləyəcək.

 

"Energy Aspects" analitik şirkəti hesab edir ki, Rusiya sutkalıq hasilatı 11,2 mln. barreldən 11 mln. barrelədək, OPEC isə 32,8 mln. barrelədək (elan olunandan bir neçə yüz min ton az) azaldacaq.

 

"Wall Street Journal" yazır ki, hasilatın azaldılması ilə bağlı əldə olunan razılıq nəticəsində 2017-ci ilin I yarısında dünyada neft ehtiyatları gündə 500 min barrel azalacaq və bunun hesabına qiymətlər stabilləşəcək. Bununla yanaşı, ABŞ-da şist neft istehsalçılarının aktivləşməsi neftin qiymətini 60 dolları keçməyə imkan verməyəcək.

 

Bazar iştirakçıları bu gün ABŞ-da neft ehtiyatlarına dair statistikanın açıqlanmasını gözləyir. Ehtiyatların azalacağı gözlənilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar