İntiqam Əliyev və digər tanınmış məhbuslarla görüş olub
13.02.2015 796 0.0 0

Qazeta.info bildirir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun  üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirmişlər.
 
Başçəkmə zamanı Ombudsmanın nümayəndələri həmin müəssisədə 20-dək   saxlanılan şəxslə, o cümlədən İntiqam Əliyev, Xədicə İsmayılova, Rasim Əlizadə, Asif Yusifli ilə görüşmüş, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti  öyrənmişlər.
Bu şəxslər bir qayda olaraq, saxlanma şəraiti və rəftarla bağlı şikayətlərinin  olmadığını bildirmiş, iki təqsirləndirilən şəxsin şəraitlə bağlı qaldırdığı məsələ müəssisə rəhbərliyi ilə müzakirə olunmuş, müvafiq tövsiyələr verilmişdir.  

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar