İnterpol azərbaycanlı iş adamı Nəsib Piriyevin axtarış dosyesini açıqlayıb
15.08.2015 659 0.0 0

İnterpol azərbaycanlı iş adamı Nəsib Piriyevin axtarışa verilməsi ilə bağlı məlumat açıqlayıb.

Aİnterpolun saytına istinadən veril'n məlumata görə, 34 yaşlı Piriyev Nəsib Nizami oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Azərbaycan hüquq-mühafizə orqanları N. Piriyev barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.
 
Qeyd edək ki, ötən gün Azərbaycan Beynəlxalq Bankının ətrafında yaranmış kredit qalmaqalı ilə bağlı iş adamı Nəsib Piriyevin axtarışa verilməsi ilə bağlı məlumat yayılıb.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, “Azərbaycan Consaltinq Qrup”,  “PNN Group” və bir sıra başqa şirkətlərin sahibi Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. N. Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq, ölkəyə qayıtmadığı bildirilir.
 
Qeyd edək ki, Nəsib Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur.
 
Xatırladaq ki, Nəsib Piriyevin işi ilə bağlı daha dörd iş adamı hazırda həbsdədir.
 
Vəkil Kamandar Nəsibov açıqlamasında bildirib ki, həmin işlə bağlı tutulan iş adamları Adil Hüseynov, Adil Mikayılov, Erhan Cavad  Yavuz və Ratmir Bəkirov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
 
K. Nəsibov həmçinin iş adamı Nəsib Piriyevin axtarışa verilməsi xəbərini təsdiqləyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar