İnternetdə fasiləsiz oyun oynayan gənc öldü
20.01.2015 1019 0.0 0

Tayvanlı bir gənc 3 gün ərzində kompüterin qarşısından ayrılmadan internetdə oyun  oynadığı üçün həyatını itirib.

İnternet kafedəki digər oyun oynayan müştərilərin  xəbər tutmasından sonra hadisə yerinə gələn təcili yardım heyəti, 32 yaşındakı gəncin ürək çatmazlığından öldüyünü açıqlayıb.

Hadisə ilə əlaqədar açıqlama verən rəsmilər, bir müddətdir işsiz olduğu öyrənilən gəncin internet kafeyə tez-tez getdiyini və onlayn oyunları ara vermədən günlərlə oynadığı bildirib.

Mütəxəssislərin fikrinə görə, bir növ asılılıq meydana gətirən bu tərz oyunlar, kişilərin həyatlarını mənfi təsir göstərir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar