İnsanları məhv etməkdən danışan robot teleşouda: `Hələ evlənmək vaxtım deyil`- VİDEO
22.06.2017 997 0.0 0

Britaniyada “Sofiya” adlı insanabənzər robot populyar “Good Morninq Britain” səhər teleşousunda çıxış edib. Xarici KİV-lərə istinadən xəbər verilir ki, robot Britaniya ilə ABŞ arasında fərqlərdən danışıb, iştirakçıları lətifə danışaraq güldürüb və “nə zaman evlənəcəyi” barədə suala cavab verib.

“Texniki olaraq mənim cəmi bir yaşım var-hələ romantika barədə fikirləşmək üçün çox gəncəm. Ancaq mənim gələcək ideal partnyorum super-müdrik, xeyirxah və dahi olmalıdır”-robot bildirib.

İnsanabənzər bu robot sifətində 60-dan çox emosiya yarada bilər. Onun gözlərində həmsöhbəti ilə göz təması qurmaq üçün xüsusi kamera yerləşdirilib. Humanoidin yaradıcısı Devid Hanson robotu yaradarkən britaniyalı aktrisa Odri Hepbernin obrazından ilhamlanıb.

Ötən il bu robot Cenevrdədəki sərgi zamanı bildirmişdi ki, insanlığı məhv edəcək. “Sən adamları öldürəcəksən?” sualına robor müsbət cavab verib. Bu ilin aprelində Amerika telekanalında çıxışı zamanı isə “dünyanı ələ keçirəcəyini” bildirib, lakin dərhal əlavə edib ki, “bu, ancaq zarafatdır”./Virtualaz.org/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar