İngiltərə Premyer Liqasında daha 4 oyun təxirə salınıb
17.12.2021 429 0.0 0

Futbol üzrə İngiltərə Premyer Liqasında XVIII turun 4 oyunu koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

Məlumata görə, "Sautgempton" - "Brentford", "Uotford" - "Kristal Pelas", "Vest Hem" - "Norviç" və "Everton" - "Lester" görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.

Qarşılaşmalar 18-19 dekabrda keçirilməli idi.

Qeyd edək ki, daha əvvəl "Börnli" - "Uotford", "Tottenhem" - "Lester" və "Mançester Yunayted" - "Brayton" matçları eyni səbəbə görə təxirə düşüb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar