İngiltərə hökuməti «Feysbuk» və «Twitterə » qarşı ordu yaradır
02.02.2015 855 0.0 0

Böyük Britaniya sosial şəbəkələrdə, o cümlədən "Facebook" və "Twitter" şəbəkələrində psixoloji müharibənin aparılmasında ixtisaslaşacaq hərbi bölmə yaratmağı planlaşdırır. Bu barədə "The Independent" nəşri məlumat verib.

Britaniya ordusunun general-mayoru Nik Karter bildirib ki, xüsusi bölmənin yaradılması ilə bağlı qərar informasiya əsrində mübarizə aparmaq zərurətindən qəbul edilib.

İki min nəfərdən ibarət olacaq ordu sosial mediada ən yeni texnologiyalardan istifadə etməklə psixoloji müharibənin aparılması kimi müasir biliklərə yiyələnəcək.

Bölmə 2015-ci ilin aprelində fəaliyyətə başlayacaq,//Qazeta.ru


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar