İmtahanlarda 700 bal toplamış abituriyent deputat kürsüsünə əyləşdirildi
25.08.2015 849 0.0 0

Millət vəkili Fuad Muradov Bakının Səbail rayonundan olan, bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış İsa Məmmədli ilə görüşüb.

Millət vəkili mətbuata açıqlamasında bildirib ki, görüşdə əsas məqsəd tələbə adını qazanmış istedadlı gəncə dəstək nümayiş etdirmək və ona yeni motivasiya vermək olub.

Milli Məclisdə baş tutan görüşdə millət vəkili əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin siyasəti, dünyada rolu və yeri barədə danışıb.

Görüş zamanı qeyd edilib ki, bu gün Azərbaycanın gənclər siyasəti ölkəmizin hər bir gəncini əhatə etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyası və gələcəkdə öz istiqamətlərini müəyyənləşdirmək üçün bütün imkanlar yaradır. Gənclər siyasəti ilə yanaşı, təhsilə göstərilən diqqət və qayğı sayəsində bu gün ölkə gəncləri dünyanın müxtəlif ali məktəblərində təhsil alaraq ölkəmizə qayıdırlar. Həmçinin, ölkənin təhsil sistemi hər gün yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsi olaraq artıq bir neçə ildir ki, ali məktəblərə qəbul imtahanlarında maksimum ballar toplanılır.

Görüş zamanı İsa Məmmədli gələcəkdə ölkəmizin inkişafı üçün bütün imkanlarından istifadə edəcəyini vurğulayıb.

Parlament binasını gəzərək onunla tanış olan İsa Məmmədliyə Milli Məclis haqqında ətraflı məlumat verilib./trend/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar