İmtahan nəticələri elan edildi
16.03.2015 797 0.0 0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanının nəticələrini açıqlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticələr ölkədəki bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlərə aiddir. İmtahan nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib. Nəticələrlə https://eservices.tqdk.gov.az/netorta/?frm=egov linkinə daxil olmaqla tanış olmaq mümkündür.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 15-də ölkənin bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar