İlk final görüşünə Azərbaycan çıxacaq
16.06.2015 643 0.0 0
Ukrayna və Rusiyanın qadın güləşçiləri iki qızıl qazana bilər

Bu gün Heydər Əliyev adına İdman Arenasında qadınlar arasında sərbəst güləş yarışları davam etdiriləcək. Ukrayna və Rusiyanın bugünkü final yarışında iki qızıl medal qazanmaq şansı var.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, iki Milli Olimpiya Komitəsi 63 kq çəki dərəcəsində final yarışında qarşılaşacaqlar. Ukraynanın dünya çempionu və çoxsaylı yarışlar qalibi Yulya Tkaç Rusiyadan Valeriya Lazinskayanı məğlub etmək ümidindədir. Tkaç keçən il Özbəkistanda keçirilən dünya çempionatında ona qalib gəlib.

58 kq çəki dərəcəsində Emese Barka (HUN) ilə qarşılaşacaq digər ukraynalı finalçı Tetyana Lavrençukdur. Lavrençuk sessiyanın ən həyəcanlı yarışına cəlb olunub və 14-12 hesabı ilə Anastasiya Hukoka (BLR) qalib gəlib.

75 kq çəki dərəcəsində yarışan Rusiyanın digər finalçısı Yekaterina Bukina əvvəlki görüşlərini 5-0 və 4-0 hesabı ilə udub. Onun rəqibi Vasilisa Marzaliukdur. 

Axşamın ilk final görüşündə Azərbaycanın 53kq çəki dərəcəsində idmançısı - Anjela Doroqan Avropa çempionu Roksana Zasionvar (POL) ilə mübarizə aparacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar