İlk Avropa Oyunlarının könüllülərinə mükafat (VİDEO)
11.07.2015 927 0.0 0

Bakıda keçirilən İlk Avropa Oyunlarının könüllülərinə təşəkkürnamələr təqdim edilib.

ANS TV-nin məlumatına görə, təşşəkkürnaməni Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı “Bakı- 2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanıb.

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, tədbirdə 10 minlərlə könüllünün əməyi dövlət başçısı və xanımı tərəfindən yüksək qiymətləndirilib. Gələcək yarış və tədbirlərdə də könüllülərin əməyindən istifadəyə ediləcəyi söylənilib.

Təhsil naziri Mikayil Cabbarov isə çıxışında könüllərin böyük hissəsini ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin təşkil etdiyini dedi.

Qeyd edək ki, Bakıda keçirilən İlk Avropa Oyunları iyunun 12-də başladı və 28-nə kimi davam etdi. İlk Avropa Oyunlarında Azərbaycan ümumilikdə 56 medal qazandı. Bunlardan 21-i qızıl, 15-i gümüş və 20-si bürüncdür./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar