İlin ən çox qazananları: Makqreqor Messi və Ronaldunu qabaqlayıb
27.12.2021 421 0.0 0

Dünyaca məşhur "Forbes" jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb.

Məlumata görə, 50 nəfərlik siyahıda illik gəliri 34 milyon ABŞ dollarından çox olan şəxslər yer alıblar.

İlk pillədə Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor qərarlaşıb. İrlandiyalı döyüşçünün cari ildəki qazancı 180 milyon ABŞ dolları olub.

İkinci sıranı Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi tutur. 34 yaşlı hücumçunun illik gəliri 130 milyon ABŞ dolları təşkil edir.

İlk "üçlüy"ü 120 milyon ABŞ dolları ilə İngiltərənin "Mançester Yunayted" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu tamamlayır.

Siyahıda ilk "onluq" aşağıdakı kimidir:

1. Konor Makqreqor - 180 milyon dollar

2. Lionel Messi - 130 milyon dollar

3. Kriştianu Ronaldu - 120 milyon dollar

4. Dak Preskott (Amerika futbolu) - 107,5 milyon dollar

5. Lebroin Ceyms (basketbol) - 96,5 milyon dollar

6. Neymar (PSJ, Fransa) - 95 milyon

7. Rocer Federer (tennis) - 90 milyon dollar

8. Lüis Hemilton (Formula 1) - 82 milyon dollar

9. Tom Bredi (Amerika futbolu) - 76 milyon dollar

10. Kevin Dürant (basketbol) - 75 milyon dollar

 

 

Mənbə: Report


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar