İLİN SONUNADƏK ÖLKƏYƏ GƏTİRİLƏN AVTOMOBİLLƏRİN SAYI AÇIQLANDI
18.01.2015 921 0.0 0

2014-cü ildə Azərbaycana 63 368 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2013-cü ildə bu rəqəm 104 385 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

İdxal edilən avtomobillərin 57 615 avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ildə bu göstərici 94 879 ədəd təşkil edib.

Bundan başqa, ötən il ölkəyə 5054 yük avtomobili idxal edilib. Bu rəqəm 2013-cü ildə 7823 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar