İlhamənin miras qalmaqalı böyüyür - Orxanın vəkili danışdı
13.07.2016 878 0.0 0

Mərhum xalq artisti İlhamə Quliyevanın mirasının bacılarına qalması ilə bağlı dayısı oğlu Eldar İsmayılov açıqlama yayıb. 

Lent.az-ın məlumatına görə, o, bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən müğənninin mirası bacıları Gülbahar və İradə arasında bölünəcək. 
E.İsmayılovun sözlərinə görə, İ.Quliyevanın oğlu kimi özünü təqdim edən Orxan Nadirovun övladlıq iddiası təmin olunmayıb. 

Məsələ ilə bağlı O.Nadirovun vəkili Habil Vəliyev axsam.az-a açıqlamasında baş tutan məhkəmədən xəbərsiz olduqlarını deyib:

“Söhbət hansı məhkəmədən gedir xəbərimiz yoxdur. Biz Yasamal Rayon Məhkəməsində heç bir iddia qaldırmamışıq. Bizim işimizə Səbail rayonunda baxılır. Səbail Rayon Məhkəməsində birinci dərəcəli vərəsəlik iddiası qaldırmışıq. Ola bilsin ki, qarşı tərəf ikinci, üçüncü dərəcəli vərəsəlik iddiası qaldırıb. 

Səbail Rayon Məhkəməsi bizim prosesi qeyri-müəyyən vaxta qədər təxirə salıb. Bu hakimin qərarı idi. Yəni hələ dəqiq olan heç nə yoxdur".

Mirasın xalq artistinin bacıları arasında bölünməsi ilə bağlı suala isə H.Vəliyev gülərək "Onlar nə danışır, bizim xəbərimiz yoxdur” deyə, cavab verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar