Tarix: 03.12.2016,   Saat: 06:22, Şənbə.          

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb.

Qazeta.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Prezident İlham Əliyevi Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola salıblar.



  Bölmə: Gündəm | Baxış sayı: 266 | Tarix: 10.10.2016, 21:41


Xəbərlər