İlham Əliyev: Vətəndaşların qəzalı vəziyyətdə olan binalarda yaşamasına son qoyacağıq
25.11.2016 1034 0.0 0

“İndi imkanlı insanlar gedirlər özləri üçün mənzillər alırlar. O qədər də böyük imkanlara malik olmayanlar isə qəzalı vəziyyətdə olan binalarda yaşayırlar. Biz buna son qoyacağıq”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı mərasimində deyib.

 

O qeyd edib ki, belə layihələrin icra olunması vətəndaşların mənzil problemini birdəfəlik həll edəcək.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar