İlham Əliyev Türkiyədə
15.03.2016 500 0.0 0

Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb.

Görüş Azərbaycan prezidenti İlham Əliyev və türk həmkarı Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra başlayıb. 

İclasdan sonra prezidentlərin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir. 

 

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası

 

Saat 13:17

Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə türk həmkarı Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir. Məlumata görə, görüş rəsmi qarşılanma mərasimindən sonra başlayıb. 

Görüşdə iki ölkə arasında münasibətlər, regiondakı vəziyyət, dünyada gedən geosiyasi proseslər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir. 

Görüşdən sonra iki ölkə liderinin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

İlham Əliyev Ankaradaİlham Əliyevin rəsmi qarşılanma mərasimi

 

 

Saat 12:30

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.Məlumata görə, artıq dövlət başçısının təyyarəsi Ankaraya enib. İ.Əliyev əllərində Azərbaycan və Türkiyə bayraqları olan süvarilərin müşayiəti ilə prezident sarayına yola düşüb. Onu türk həmkarı Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb. Hər iki ölkənin dövlət himni səslənib. 

Bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilməlidir. İclasın ilk olaraq fevral ayında Gəncədə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin qatı dumanlı hava şəraiti ilə bağlı toplantının yeri dəyişdirilib və Bakı təyin edilib. Fevral ayının 17-də keçiriləcək toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmalı idi. Lakin Ankarada törədilən 17 fevral terroru onun səfərinin təxirə düşməsinə səbəb olub.

İkinci dəfə səfərin vaxtı mart ayının 15-nə təyin edilib. Gözlənilən səfərdən iki gün öncə Ankarada törədilən və 37 nəfərin ölümünə səbəb olan terror aktı törədildi. İlk günlər Ərdoğanın Bakı səfərinin reallaşacağı deyilirdi. Lakin ötən gün axşam Türkiyə prezidentinin Azərbaycana səfəri ləğv edilib.  R.T.Ərdoğanın səfəri ləğv edilsə də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər edəcəyi açıqlanıb. İki ölkə prezidentinin zirvə görüşü Türkiyədə baş tutacaq.

 

 

 


Türkiyə mətbuatında yer alan məlumata görə, Bakı vaxtı ilə saat 12:30-da İ.Əliyev türk həmkarının sarayında rəsmi qarşılanacaq. Daha sonra iki prezident arasında təkbətək görüş keçiriləcək. 

 Görüşdən sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı olacaq. Toplantıdan sonra sənədlərin imzalanması, ortaq mətbuat konfransı keçiriləcək.

Azərbaycan prezidenti sonuncu dəfə Türkiyəyə ötən ilin noyabr ayında səfər edib. Noyabrın 15-də İlham Əliyev Türkiyənin Antalya şəhərində "Böyük İyirmilik" ölkələri liderlərinin Sammitində iştirak edib. Prezident sammit çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxış edib.

Azərbaycan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak edib. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar