İlham Əliyev Rusiyaya rəsmi səfərə gedib
21.02.2022 253 0.0 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib, Azərbaycanın və Rusiyanın Dövlət himnləri səsləndirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar