İlham Əliyev Rumıniyanın Baş nazirinin müavinini qəbul edib
13.03.2018 865 0.0 0

Prezident İlham Əliyev Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.

 

Qazeta.info xəbər verir ki, xanım Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunun önəmini qeyd edən xanım Ana Birçall forumda iştirakından məmnunluğunu bildirdi. O, 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulaıb.

Dövlət başçısı 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini deyib.

Xanım Ana Birçall bildirdi ki, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Avropa üçün strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edən Ana Birçall bildirdi ki, Rumıniya Azərbaycanı regionda sabitliyə və təhlükəsizliyə töhfə verən ölkə kimi dəyərləndirir. O, ölkəsinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrini bütün sahələrdə bundan sonra da genişləndirmək əzmində olduğunu dedi və bu işdə hökumətlərarası komissiyanın mühüm rol oynayacağına əminliyini ifadə ebib.

Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyəyə çatdığı vurğulandı, ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığı və əməkdaşlığımızın böyük potensialının olduğu qeyd edilib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyət daşıdığı bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı sərmayə qoyuluşu və hər iki ölkədən olan şirkətlərin bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar