İlham Əliyev: Roma Papasının bəyanatları bir daha ölkəmizin önəmini təsdiqləyib
10.01.2017 959 0.0 0

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il qazanılan uğurlardan danışıb. 
 
Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev ötən il Cənub Qaz Dəhlizi və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını,  TANAP layihəsinin böyük hissəsinin icra edildiyini nəzərə çatdırıb.
  
Dövlət başçısı deyib ki, 2016-cı ildə Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı tədbirlər görülüb. O bildirib ki, 2016-cı il idman sahəsində də uğurlarla yadda qalıb: “Azərbaycan idmançıları Rio-2016 Olimpiya Oyunlarında tarixi nailiyyətlərə imza atıblar”.

Prezident keçən ilin sentyabrında baş tutan referendumun nəticələrindən də danışıb: “Referendum xalqımızın iradəsini əks etdirib”.
 
Ötən ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan prezident İlham Əliyev bu çərçivədə Bakıda bir neçə mötəbər tədbir keçirildiyini qeyd edib: “Roma Papasının Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar bir daha ölkəmizin önəmini təsdiqləyib”.
 
İ. Əliyev onu da əlavə edib ki, 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısı səfər edib, beynəlxalq təşkilatlarla əlaqələr genişlənib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar