İlham Əliyev Neftçala rayonuna səfərə gəlib
24.09.2017 937 0.0 0

Prezident İlham Əliyev Neftçala rayonuna səfərə gəlib.

Qazeta.info xəbər verir ki, Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

 

 

Daha sonra, Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev orada görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.

 

 

Səfər çərçivəsində Prezident İlham Əliyev 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında da iştirak edib.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib. 

 

 

Sonra Prezident İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev mərasimində iştirak edib.

 

 

 

Daha sora, Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə də tanış olub.

Dövlət başçısı pambıqçılarla söhbət edib və xatirə şəkli çəkdirib.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar