İlham Əliyev işgüzar səfərə gedib
15.10.2015 530 0.0 0
 

 

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün oktyabrın 15-də bu ölkəyə işgüzar səfərə gedib.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar