İlham Əliyev: Bəlkə də heç kim inanmırdı ki, Azərbaycan Avropa Oyunlarında ikinci yeri tutacaq
29.06.2015 682 0.0 0
“İdmançıların qələbələri bu Oyunları daha böyük zirvələrə qaldırdı. Mən tam əminəm ki, burada oturanlar və ümumiyyətlə, ictimaiyyət arasında yəqin ki, müxtəlif fərziyələr var idi ki, komandamızın neçənci yeri tutacaq. Ancaq bəlkə də heç kim inanmırdı ki, bu, ikinci yer olacaq. Bu, tarixi qələbədir”.

 

Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2015”  I Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla ilə görüşdəki çıxışında deyib.

 

Dövlət başçısı bildirib ki, bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir: “Yəqin ki, bu günlər ərzində hamımız bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olub ki, bunu sözlə təsəvvür etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi – bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar