İlham Əliyev Astara rayonuna gedib
11.04.2015 734 0.0 0


Qazeta.info bildirir ki, Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdikdən sonra məlumat verilib ki, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyev 2013-cü ildə müvafiq Sərəncam imzalayıb və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılıb.
Bildirək ki, ötən il dövlət başçısının imzaladığı digər Sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı bu yolun inşasına yönəldilib.

Qeyd edək ki, tikintisinə 2013-cü ildə başlanan avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar