İl hələ bitməyib, `yol terroru` 181 nəfərin canını aldı - SON STATİSTİKA
07.12.2017 744 0.0 0

Bu il yanvarın 1-dən dekabrın 2-dək Bakı şəhəri üzrə 574 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, hadisələr nəticəsində 181 nəfər ölüb, 512 nəfər xəsarət alıb.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 hadisə, 20 ölüm, 160 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib: “Bu, dövlət yol polisi əməkdaşlarının məqsədli keçirdikləri tədbirlərin nəticəsidir”./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar